Google Maps-dən YENİLİK - Canlı Görünüş funksiyası | Banco.az

Google Maps-dən YENİLİK - Canlı Görünüş funksiyası

Tamara Mustafayeva, Banco.az

Google şirkətinin olduqca populyar olan Xəritələr tətbiqi istifadəçilərin səhvə yol verməsinin qarşısını almağa imkan yaradacaq yeni funksiya üzərində işləyir.

ABŞ-ın texnologiya nəhəngi Google şirkəti tabeliyində olan tətbiq və proqramlar vasitəsilə dünya miqyasında milyonlarla insana xidmət göstərir. Bu tətbiqlərin ən çox istifadə olunanlarından biri də heç şübhəsiz ki, Google Xəritələr (Google Maps) tətbiqidir. 

İnsanlar getmək istədikləri hər hansı bir ünvana Xəritələr tətbiqindən istifadə edərək asanlıqla çata bilirlər. Google şirkəti də istifadəçilərin rahatlığını təmin etmək məqsədilə sözügedən tətbiqi müntəzəm olaraq təkmilləşdirməyə çalışır. Pandemiya dövründə müvafiq yeniliklərin tətbiq edildiyini ötən məqalələrimizdən birində xəbər vermişdik. 

Hər hansı bir ünvanı tapmaq istəyən istifadəçilər üçün Xəritələr tətbiqində müxtəlif görünüş seçimləri mövcuddur. Məsələn, küçə görünüşü sayəsində istifadəçilər həmin ərazini bütövlükdə görə bilirlər. Bununla da, gediləcək ünvanla bağlı xətaya yol verilməsi ehtimalı böyük ölçüdə azalır. İndi isə şirkət belə xətaları daha da azaltmaq üçün yeni bir funksiya üzərində işləyir. "Live View" adlanan bu yeni funksiya artırılmış gerçəklik texnologiyası ilə mobil telefonlarda çətin müəyyən edilən əraziləri tapmaqda mühüm rol oynayacaq.

Sözügedən bu funksiya mobil telefonların kamerasından istifadə etməklə istifadəçilərin olduqları yeri daha asan müəyyənləşdirəcək. Artırılmış gerçəklik texnologiyasının köməyilə formalaşdırılan bu funksiya hər hansı bir məkanı tapmağın ən dəqiq üsulu hesab edilir. Ancaq bu funksiyadan istifadə edilməsi üçün mobil telefonlarda ARCore xüsusiyyətinin olması zəruridir. 

Ən sərfəli kredit üçün müraciət et

Haritalar için AR Tabanlı Yeni Özellik

"Live View" funksiyası həmçinin məkan paylaşımı əsnasında və ya park edilən bir avtomobilin yerini unutmamaq məqsədilə də istifadə edilə biləcək.

Xatırladaq ki, hazırda sınaq mərhələsində olan bu funksiyanın yaxın günlərdə istifadəçilərin ixtiyarına verilməsi planlaşdırılır.

Həmçinin oxu: Google Maps-dən yenilik - Səyahət zamanı Covid-19 xəbərdarlığı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et