Google işçilərinin illik maaşı nə qədərdir? | Banco.az

Google işçilərinin illik maaşı nə qədərdir?

Google hər kəsin işləmək istədiyi dünyaca məhşur şirkətlərdən biridir. Şirkət öz işçi heyətinə yaratdığı böyük imkanlarla kifayət qədər tanınır və sevilir. İnsanların şirkət haqda marağını nəzərə alan Business Insider xəbər agentliyi Google işçilərinin bir qisminin, xüsusilə yüksək vəzifədə çalışanların maaşları haqda xəbər paylaşıb. Xəbərdə ən yüksək maaş alan vəzifə sahiblərinin illik gəliri öz əksini tapır.

17. Online satış və əməliyyatlar üzrə baş menecer – $165 596

16. Baş maliyyə meneceri - $166 647

15. Əməliyyat sistemi üzrə baş mühəndis -171 285$  

14. Baş araşdırmaçı-alim -  $172 000

Bu vəzifə sahibi əsasən yeni texnoloji avadanlıqlar, o cümlədən süni intelektin öyrənilməsi və təkminləşdirilməsi üzrə fəaliyyət göstərir.

13. Satış strategiyası üzrə menecer -$173 077

Satış üzrə menecer əsasən Google-un reklam biznesi ilə əlaqədar fəaliyyət göstərir.

12. Baş texniki proqram meneceri - $174 500

11. Ştatlı UX-dizayner -  $184 720

10. III dərəcəli product menecer — $185 000

9. II dərəcəli baş mühəndis— $192 000

Mühəndislər Google məhsullarının əsasını yaratdıqları halda, baş mühəndis onların işinə nəzarət edir, test edir və təkminləşdirilməsində aparıcı rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

8.  Ştatlı ƏS developeri - $200 923

Bu vəzifə sahibləri ən çətin işlərin öhdəsindən gəlməlidirlər. İşə qəbul zamanı ən qəribə və qarışıq suallar belə məhz bu vəzifə sahiblərinə verilir. Ona görə də Google-da developerlərin maaşı adi developerlərdən 60% çoxdur. Təbii ki, söhbət Amerikadan gedir.

7. Baş product menecer -  $201 600

6. Baş mühəndis-proqramçı menecer — $205 290

5.Marketinq üzrə direktor -  $234 741

4. Baş ştatlı mühəndis-proqramçı — $242 500

Bu sahədə çalışanlar ən yüksək maaş alanlar olsalar da bütün texniki tapşırıqlara görə məhsuliyyət də məhz onların çiyinlərindədir.

3. Direktor  — $247 500 

2. Məhsul qrupunun mühəndisi -  $253 905

Bu vəzifə sahibləri əsas etibarilə hər şeyə görə məhsuliyyət daşımaqdadır: proqram təminatı, proyektlər, məhsullar və s.

1.Mühəndis direktor — $283 591

Bu sahənin icraçısı şirkət daxilində bütün layihələrə nəzarət edir və Monster saytının verdiyi məlumata görə, mühəndis direktor vəzifənin icraçısı minimum 10 illik təcrübəyə sahib olmalıdır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç