Google, JD.com-a 550 milyon dollar sərmayə edəcək olduğunu və JD.com məhsullarının, şirkət ilə ortaqlıq çərçivəsində Asiyanın xaricində istehlakçılara çıxış təmin edərək Google'ın alışveriş xidmətinə daxil ediləcəyini açıqladı. Açıqlamada bildirilir ki, Google texnologiyası Çin elektron ticarət şirkəti JD.com-un tədarük zənciri və loqistika ekspertizasını əhatə edəcək şəkildə təşkil olunacaq.
Çində e-poçt və axtarış funskiyaları kimi əsas xidmətlərinə qadağa qoyulan Google, JD.com ilə ortaqlıq sayəsində, istehlakçıların dünya səviyyəsində alış-veriş təcrübəsini yaxşılaşdırmaq üçün yeni yollar qazandıracağını söylədi.
Google, Cənub-Şərqi Asiyada istehlakçılarının 2025-ci ilə kimi internet üzərindən alış-verişə 88,1 milyard dollar məbləğində xərcləmə olacağını gözləyir.
JD.com, Alibaba'dan sonra Çinin ən böyük ikinci elektron ticarət şirkəti olduğunu da qeyd edək.
Qeyd:
İnvestisiya — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.