Google Chrome-u sürətləndirəcək çox böyük yenilik gəlir | Banco.az

Google Chrome-u sürətləndirəcək çox böyük yenilik gəlir

Tamara Mustafayeva, Banco.az

Google şirkəti populyar axtarış brauzeri olan "Chrome"-u yeniləməyə hazırlaşır.

Məlum olduğu kimi, şirkət müntəzəm olaraq geniş istifadəçi auditoriyası olan "Chrome" brauzerini yeniləyir. Bu yeniləmələr əsnasında yeni funksiyaların əlavə edilməsi ilə yanaşı səmərəliliyin artırılmasına da xüsusi əhəmiyyət verilir. Odur ki, yaxın günlərdə təqdim ediləcək yeni versiyada son illərin ən böyük səmərəlilik artırılması həyata keçiriləcək.

Yeni versiyada brauzerdə eyni anda açılan pəncərələrdən aktiv olanının digərlərinə nəzərən daha sürətli olması planlaşdırılır. Bununla yanaşı, brauzerdə pəncərələrin əvvəlki versiya ilə müqayisədə 25 dəfə daha sürətlə açılacağı bildirilib. Bunun sayəsində də, RAM istifadəsi azalacaq.

Yeniləmənin yaxın günlərdə aktivləşdiriləcəyi gözlənilir.

Həmçinin oxu: Instagram axtarış funksiyasını daha da təkmilləşdirəcək

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et