“Google” bu şirkətə 300 milyon dollar sərmayə yatıracaq | Banco.az

“Google” bu şirkətə 300 milyon dollar sərmayə yatıracaq

Müəllif - Aida İsaq, Banco.az

Google süni intellekt şirkəti “Anthropic”ə 300 milyon dollar sərmayə yatıracaq.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayımlayıb. “Anthropic” məbləğlə bağlı hər hansısa rəqəmlər açıqlamasa da, lakin “Google Cloud” ilə investisiya tərəfdaşlığını təsdiqləyib. Şirkət bu günə kimi ümumilikdə 580 milyon dollar toplayıb ki, məbləğin 530 milyonluq yatırımı “FTX”nin keçmiş baş direktoru Sam Bankman-Fried tərəfindən edilib.

Qeyd edək ki, məlumata görə, müvafiq razılaşmanın səbəbi “Google”un “ChatGPT”yə bənzər platforma olan “Claude”un imkanlarının genişləndirilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et