Google bu səbəbdən 3.8 milyard dollar cərimə ödəyəcək | Banco.az

Google bu səbəbdən 3.8 milyard dollar cərimə ödəyəcək

Tamara Mustafayeva, Banco.az

Google şirkəti ABŞ Əmək Nazirliyi ilə əldə edilən razılığa görə, 3.8 milyard dollar cərimə ödəməyə razı olub.

Dünya miqyasında minlərlə əməkdaşı olan texnologiya şirkəti bir müddət əvvəl ayrı-seçkilik xəbərləri ilə gündəm olmuşdu. Belə ki, ABŞ Əmək Nazirliyi tərəfindən həyata keçirilən yoxlanışlar nəticəsində şirkətin əməkdaşlarına qarşı ayrı-seçkilik etdiyi məlum olub.

Odur ki, bu hadisədən sonra Google ilə Nazirlik arasında müvafiq razılıq əldə edilib və sözügedən razılığa görə, şirkət cari əməkdaşlarına və daha əvvəl müraciət etmiş namizədlərə 2.59 milyard dollar cərimə ödəməli olacaq.

Bununla yanaşı, şirkət növbəti beş il ərzində hər il 250 min ABŞ dolları ödəməyi də qəbul edib. Bununla da Google tərəfindən ödəniləcək yekun məbləğ 3.8 milyard dollara çatır.

Xatırladaq ki, şirkətin ödəniş və təklif bərabərsizliyinə yol verməsi ilk dəfə 2014-2017-ci illərdə Mauntin Vyu və Vaşinqton ofislərində qadın proqramistlərə daha aşağı maaş verilməsi zamanı aşkar edilmişdi. Belə ki, şirkətin San-Fransisko, Saniveil və Kirkland ofisləri üçün müraciət edən Asiyalı qadın proqramistlərə daha aşağı maaş təklif etdiyi və bu halın 2017-ci ilin avqust ayınadək müntəzəm olaraq davam etdiyi bəlli olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram