Google bu ölkəyə 10 milyard dollar sərmayə yatıracaq | Banco.az

Google bu ölkəyə 10 milyard dollar sərmayə yatıracaq

Google şirkəti yaxın yeddi ildə Hindistana 10 milyard ABŞ dollarına qədər sərmayə yatırmağı planlaşdırır.

Bu məqsədlə rəqəmsal Google Fondu yaradılıb. 

Google nümayəndələrinin sözlərinə görə, Hindistana yatırılacaq investisiya dörd sahəyə yönəldiləcək: ölkənin hər bir sakini üçün internetə girişin təmin edilməsi; Hindistanın "unikal ehtiyacları" üçün yeni məhsul və xidmətlərin yaradılması; ölkənin rəqəmsal transformasiyası və səhiyyə, təhsil, həmçinin kənd təsərrüfatı kimi sahələrdə süni intellekt texnologiyalarının istifadəsi zamanı biznes imkanlarının genişləndirilməsi.

Qeyd edək ki, dünyada əhali sayına görə ikinci ölkə olan Hindistanda 500 milyondan çox insan internetə çıxış əldə edir və 450 milyondan çox insan smartfonlardan fəal istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et