"Google" bu ölkəyə 1 milyard dollar yatırım edəcək | Banco.az

"Google" bu ölkəyə 1 milyard dollar yatırım edəcək

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi "Google" şirkəti sürətli və ucuz internetə çıxışı təmin etmək və rəqəmsal transformasiyanı dəstəkləmək üçün növbəti 5 il ərzində Afrikaya 1 milyard dollar yatırım edəcəyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Google" şirkətinin CEO-su Sundar Piçai onlayn formatda təşkil olunmuş "Afrika üçün Google" başlıqlı iclasda şirkətin bu qitədəki startap layihələrin dəstəklənməsinə üstünlük verəcəyini və internet şəbəkəsinin genişləndirilməsinə kömək edəcəyini bildirib.

Afrikanın internetə kompüterdən çox mobil telefonlardan çıxış əldə edilməsi və mobil pul köçürülməsi kimi sahələrdə dünyada ilklər arasında olduğunu vurğulayan Piçai növbəti 5 il ərzində qitədə yaşayan daha 300 milyon insan üçün də bu xidmətlərin təmin ediləcəyini söyləyib.

İndiyədək Afrikaya qoyulan sərmayələrdən və burada həyata keçirdikləri layihələrdən danışan şirkət rəsmisi ölkədə internetə çıxışın sürətləndirilməsi, şirkətlərin rəqəmsal transformasiyası və startapların dəstəklənməsi üçün 5 il ərzində 1 milyard dollar yatırım etməyi planlaşdırdıqlarını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İclasda iştirak edən şirkətin Afrika üzrə direktoru Nitin Gajria isə Avropa və Afrika arasında çəkilmiş yeni internet kabel xəttinin qiymətlərin 21% ucuzlaşmasına, həmçinin internetin sürətinin bir neçə dəfə artmasına səbəb olacağını vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et