“Google” bu ölkədə yeni məlumat mərkəzinin yaradılmasına 640 milyon dollar sərmayə qoyacaq | Banco.az

“Google” bu ölkədə yeni məlumat mərkəzinin yaradılmasına 640 milyon dollar sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

“Alphabet”in “Google” şirkəti Hollandiyanın Qroningen şəhərində yeni məlumat mərkəzinin yaradılmasına 600 milyon avro (640,62 milyon dollar) sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, yeni data mərkəzin açılışı 125 yeni iş yerinin açılmasına imkan verəcək. Şirkət yeni məlumat mərkəzini yaradarkən dayanıqlılığa və yerli ictimaiyyətə müsbət təsirə üstünlük verəcəyini bildirib.

Ümumilikdə, 2014-cü ildən bəri şirkət Hollandiyada məlumat mərkəzlərinə və əlaqəli rəqəmsal infrastruktura 3,8 milyard avrodan çox sərmayə qoyub.

Qeyd edək ki, "Google" ilk ofisini Hollandiyada 2002-ci ildə açıb. O vaxtdan bəri şirkət Qroningen və Şimali Hollandiya əyalətlərində iki məlumat mərkəzinin açılmasına və genişləndirilməsinə sərmayə qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram