Google axtarış nəticələrində səhvə yol verdi | Banco.az

Google axtarış nəticələrində səhvə yol verdi

Tamara Mustafayeva, Banco.az

Bazar ertəsi Google brauzerləri istədiyiniz axtarış nəticələrini göstərməyibsə, əmin olun ki, bu problemlə üzləşən təkcə siz olmamısız. Belə ki, Google səhifə nömrələnməsi nizamını pozan və axtarış nəticələrində səhvə yol açan bir xəta ilə qarşı-qarşıya qalıb.

Media Wyse adlı SEO (axtarış brauzeri optimallaşdırılması) konsaltinq firmasının rəhbəri Casey Markee Google-da "lobya" sözünü axtardığı zaman "teriyaki souslu" küftə, buğda bişirilmiş balıq və qızılbalıq axtarış nəticələri ilə qarşılaşıb və ekran təsvirini şəxsi twitter hesabından paylaşıb.

Sözügedən xətanın səbəbi hələ ki, açıqlanmayıb. İlk olaraq problemin Google axtarış alqoritmlərindəki yenilənmədən qaynaqlandığı düşünülüb, ancaq daha sonra Google şirkətinin baş veb direktoru John Mueller bunun nasazlıq olduğunu bildirib. Avropa, Asiya və ingilis dilli bütün ölkələr sözügedən problemlə üzləşib.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et