Müəllif:Ayşən İmanova/Banco.az
Honq-Konq Gömrüyü hava kompressoru hissələri kimi gizlədilmiş, bəziləri qızıldan hazırlanmış 146 kq qaçaqmaldan ibarət yük aşkar edib.
Banco.az xəbər verir ki, qaçaqmal yolu ilə gətirilən qızılın dəyəri rekord həddə - 84 milyon Honq-Konq dolları (təxminən 10,7 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilir.
Sənədlərə əsasən, Honq-Konq hava limanından Yaponiyaya göndərilmək üçün hazırlanan yükün içərisində ümumi çəkisi 775 kq olan iki hava kompressoru olub. Gömrükçülər rentgen müayinəsindən sonra yükə baxış keçirmək qərarına gəliblər. Sonradan məlum olduğu kimi, iki rotor, bir dişli və üç vintli mil təmiz qızıldan tökülərək boz boya ilə boyanmışdır. Bu hissələrin ümumi çəkisi 146 kq olub.
Uğurlu olarsa, saxtakarlar idxal rüsumları olaraq təxminən 8,4 milyon HK$ (təxminən 1,08 milyon ABŞ dolları) ödəməkdən yayına bilərdilər.
Qeyd edək ki, yükü göndərən şirkətin 31 yaşlı direktoru saxlanılıb. Sonradan aparılan yoxlamalardan məlum olub ki, müəssisə heç bir təsərrüfat fəaliyyəti ilə məşğul olmayıb və xüsusi olaraq qaçaqmalçılıq üçün yaradılıb. Şirkət direktorunu 7 ilə qədər həbs və 2 milyon Honq-Konq dolları (təxminən 256,4 min ABŞ dolları) məbləğində cərimə gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!