Gömrük bəyannamələrinin elektron formada rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib | Banco.az

Gömrük bəyannamələrinin elektron formada rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib

Dövlət Gömrük Komitəsinin (DGK) Kollegiyası “Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

Bu inzibati reqlamentə əsasən http://www.e-gov.az, http://dgk.gov.az/az/e-xidnew.html  ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə müvəkkil banklar və digər aidiyyəti təşkilatlar bəyannaməsinin VÖIN-ini və gömrük bəyannaməsinin qeydiyyat nömrəsini daxil etməklə gömrük bəyannaməsini elektron formada əldə edə bilirlər.

Elektron xidmət tam avtomatlaşdırılıb, ödənişsizdir. Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır. Müvəkkil banklar və digər aidiyyəti təşkilatlar onlara təqdim olunan bəyannamələrin düzgünlüyünə əmin olmaq üçün gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş gömrük bəyannamələrini elektron formada ala bilirlər. Xidmətdən istifadə üçün müvəkkil banklar və digər aidiyyəti təşkilatlar əvvəlcədən elektron və ya yazılı formada (məktubla) Komitəyə müraciət təqdim etməlidirlər. Müraciətdə xidmətdən istifadə edəcək əməkdaşların elektron imza kartlarının nömrəsi və şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əks olunmalıdır. Xidmət istifadəçilər üçün daim açıqdır. İnteraktiv xidmətin istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilər elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq bəyannamənin sorğu nömrəsini və bəyannaməçinin VÖİN-ini müvafiq hissələrə daxil edirlər. Bu əməliyyatlar düzgün aparılaraq daxil edildikdə sorğu qəbul olunur və istifadəçi müraciətin icra vəziyyəti barədə məlumat əldə edir. İstifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur. İstifadəçilər elektron xidmət vasitəsilə gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş elektron gömrük bəyannamələrinə baxa bilirlər.

Reqlament aprelin 22-dən qüvvəyə minib.

Mənbə: Apa.az