"Goldman Sachs" və "Bank of America" üçüncü rüb üzrə balans hesabatlarını açıqlayıb | Banco.az

"Goldman Sachs" və "Bank of America" üçüncü rüb üzrə balans hesabatlarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə nəhəngləri 3-cü rüb üzrə balans hesabatlarını açıqlamağa davam edir.

Banco.az xəbər verir ki, ölkənin ikinci ən böyük bankı olan “Bank of America”nın mənfəəti üçüncü rübdə müştərilərin faiz ödənişlərindən əldə edilən gəlirin azalması ilə aşağı düşüb.

Bu dövrdə bankın mənfəəti 6,90 milyard dollara qədər azalıb. Səhm üzrə mənfəət 81 sent olub. Bank ötən ilin eyni dövründə 7,8 milyard dollar və ya hər səhm üzrə 90 sent mənfəət əldə etdiyini açıqlanmışdı.

Xalis faiz gəliri, yəni bankın kreditlərdən əldə etdiyi və depozitlərə ödədiyi məbləğ arasındakı fərq 3 faiz azalaraq 13,97 milyard dollara düşüb. İnvestisiya bankçılığının gəlirləri isə 1,40 milyard dollar təşkil edib.

ABŞ-ın investisiya bankı “Goldman Sachs” də üçüncü rüb üzrə balans hesabatını açıqlayıb.

Bu dövrdə bankın mənfəəti investisiya bankçılığı gəlirlərinin təsiri ilə 45 faiz artaraq 2,99 milyard dollara çatıb. Səhm üzrə mənfəət 8,40 dollar təşkil edib. Səhm üzrə mənfəətin 7,2 dollar olacağı gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin gəlirləri 7 faiz artaraq 12,7 milyard dollar olub. Xalis faiz gəliri illik 70 faiz artaraq 2,62 milyard dollara çatıb.

Qeyd edək ki, “Goldman” səhmləri bu il 36 faiz bahalaşıb ki, bu da ABŞ bankları arasında ən böyük artımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram