"Goldman Sachs": Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırmayacaq | Banco.az

"Goldman Sachs": Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırmayacaq

Türkiyə Mərkəzi Bankının (TCMB) martın 16-da keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmayacaq. Bu barədə ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının proqnoz hesabatında bildirilib. 

Hesabata əsasən, TCMB banklara verdiyi "gec likvidlik pəncərəsi" (LON), yəni banklara günün sonunda verdiyi borc faizini 1 bənd artıraraq 12%-ə çatdıracaq. Bununla yanaşı qurum, gecəlik borcvermə faizini 0,5 faiz bəndi artıraraq 9,25%-ə yüksəldəcəyi ehtimal edilir.

Ən sərfəli kredit üçün müraciət et

Uçot dərəcəsi kimi qəbul edilən, həftəlik repo əməliyyatları üzrə faiz həddinin isə 8% səviyyəsində sabit qalacağı ehtimal olunur.

"Report"un analitik qrupu hesab edir ki, Türkiyədə dolların məzənnəsi FED-in martın 15-də və TCMB-nin martın 16-da faiz qərarlarından sonra 3,50-3,55 TRY/USD səviyyəsinə qədər geriləyəcək: "İlin sonuna qədər isə dolların məzənnəsinin 3,50-3,80 TRY/USD diapazonunda qalması gözlənilir".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et