"Goldman Sachs" neft proqnozunu yenilədi | Banco.az

"Goldman Sachs" neft proqnozunu yenilədi

Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs" neft qiymətləri üzrə proqnozunu artırıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın transmilli investisiya bankı "Goldman Sachs" qlobal neft bazarlarının güclənməyə davam edəcəyini düşünür. Bank ilin sonu üçün Brent markalı neftin qiymətinin 90 dollara çatacağını proqnozlaşdırır.

26 sentyabrda yayımlanan hesabatda bankın analitikləri, "uzun müddətdir ki, müsbət tendensiya müşahidə edilsə də, qlobal tələb-təklif defisiti gözlədiyimizdən daha böyükdür. Delta ştammının təsirindən sonra qlobal tələb mənzərəsində yaxşılaşma isə proqnozlardan daha sürətli cərəyan edir", deyə qeyd ediblər.

Xatırladaq ki, "Goldman Sachs" əvvəlki hesabatlarında Brent markalı neftin qiymətinin ilin sonunda 80 dollara çatacağını proqnozlaşdırmışdı ki, qiymətlərin sürətlə bahalaşmasından sonra proqnozunu 10 dollar artıraraq 90 dollara çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et