Dünyanın ən iri investisiya banklarından biri olan Goldman Sachs tərəfindən aparılan sorğuya əsasən, müştərilərinin 60%-i yaxın 2 il ərzində kriptovalyutalara investisiyalarını artırmaq niyyətindədir. Goldman Sachs-ın sorğusu göstərdi ki, bank müştərilərinin təxminən üçdə biri kriptovalyuta bazarına investisiyalarını “əhəmiyyətli dərəcədə” artırmaq istəyir. İnstitusional investorların təxminən 55%-i öz kapitalının 5%-ni rəqəmsal aktivlərin alınmasına ayırmağa hazırdır. Bu investorların marağında ilk yerdə Bitcoin və Ethereum (22%), daha sonra altkoinlər (15%), DeFi tokenləri (14%) və NFT-lər (9%) tutur.
Goldman Sachs-ın Rəqəmsal Aktivlər Departamentinin rəhbəri Mary Catherine Rich CNBC-yə müsahibəsində bildirib ki, bank öz müştərilərinə yaxın müddətdə yeni kriptovalyutalarla bağlı investisiya məhsullarına çıxış təklif etmək üçün fəal işləyir. Onun sözlərinə əsasən, yeni xidmətlər 2022-ci ilin birinci yarısında müştərilər üçün əlçatan olacaq. Bank özəl kapitalın idarə edilməsi qrupunun işinin bir hissəsi olaraq kriptovalyutalara investisiyalar üzrə təklifləri hazırlayır.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!