Goldman Sachs işçilərinin geyim qaydalarını rahatlaşdırdı | Banco.az

Goldman Sachs işçilərinin geyim qaydalarını rahatlaşdırdı

Ənənəvi olaraq kostyumlu işçiləri ilə tanınan Wall Streetin məşhur bankı Goldman Sachs kompüter mühəndislərinin marağını çəkmək üçün geyim qaydalarını rahatlaşdırdı.

Amerikanın beşinci böyük bankı texnologiya sahəsində çalışan işçilərinə "nə zaman rəsmi geyinəcəyinizə dair qərarı sizə həvalə edirik" deyə bir bəyanat göndərdi. Kapüşonlu sweatshirt və barmaq arası tərliklərlə işə gəlmək qəbul ediləcəkmi müəyyən deyil əlbəttə, amma yenə də hər gün kostyum geymək məcburiyyətində olmayacaqları dəqiqdir. Bu addım ilə bank artan rəqabət şərtləri içində texnologiya sahəsindəki qabiliyyətli işçilərin seçim etdiyi bir firma olmaq istədiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Goldman və digər Wall Street şirkətlərinin hamısı Silikon Vadisindəki şirkətlərlə illərdir rəqabətdə çətinlik çəkirlər. Silikon Vadisinin təqdim etdiyi ofisləri, rahat iş saatlarını və digər imkanları təklif edə bilməyən Wall Street yeniliklər edərək istedadları özünə çəkmək istəyir.

Bankın 33.000 işçisinin dörddə birini texnologiya üzrə çalışan işçilər təşkil edir. Belə ki, bu işçilərin yaratdıqları texnologiyalar və yeni qazanc imkanları bankın böhranlardan daha az təsirlənərək çıxa bilmesinə kömək etmişdilər.

Goldman Sachs ilə birlikdə digər Wall Street bankları da mövzusunda tələbləri yüngülləşdirməyə çalışırlar.

Ən sərfəli krediti almaq üçün müraciət et