Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın investisiya bankı “Goldman Sachs” yaxın 12 ay üçün USD/TL proqnozunu 45 səviyyəsinə yüksəldib.
Banco.az xəbər verir ki, Kamakşaya Trivedinin rəhbərlik etdiyi “Goldman” analitikləri paylaşdıqları qeyddə belə bildiriblər: “Dollar/TL məzənnəsinin 38 səviyyələrində sabitləşməsi 19 mart şokuna cavab olaraq müvəqqəti bir tədbir kimi qiymətləndirilir, lakin məzənnədə yenidən baş verən artım əvvəlki illik dəyər itirmə sürətini qorumaq üçün lazım olduğundan daha erkən reallaşıb.”
Analitiklər 12 ay sonra üçün dollar/TL proqnozlarını 42-dən 45-ə qaldırıblar.
Qeyddə həmçinin ehtiyatların artdığı və yaxın perspektivdə məzənnə üzərində əlavə təzyiq riskinin aşağı olduğu vurğulanıb.
Yüksək TL faizləri səbəbindən xarici investorların mövqeyinin azaldığı və yerli dollarlaşmanın məhdud olduğu qeyd edilib.
İl ərzində dəyər itkisinin mərhələli şəkildə yavaşlayacağı proqnozlaşdırılaraq belə qiymətləndirmə edilib: “2024-cü illə müqayisədə daha az səviyyədə olsa da, lirənin gələcək əməliyyatlarla müqayisədə daha yaxşı performans göstərəcəyini gözləyirik.”
Bizi sosial şəbəkələrdən izləyin!!