"Goldman Sachs" bazarda neftin təklifi və qiyməti ilə bağlı proqnoz verib | Banco.az

"Goldman Sachs" bazarda neftin təklifi və qiyməti ilə bağlı proqnoz verib

ABŞ-ın "Goldman Sachs" investisiya bankı dünya neft təklifindəki artımın 2016-cı ildə də davam edəcəyini proqnozlaşdırır və qiymətlərin 20 dollar/barelə qədər azalacağını istisna etmir.

Banco.az "Report"a istinadən xəbər verir ki, buna səbəb kimi OPEC ölkələrində neft hasilatının artması göstərilir. Bankın analitikləri neft bazarının proqnozlaşdırılandan daha artıq neft təklifi ilə üzləşdiyini qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bank bu ilin may ayında 2016-cı il üçün Texas markalı (WTI) neftin qiymətinin proqnozunu 57 dollar/barel, "Brent" üçün isə 62 dollar/barel səviyyəsində göstərib. Bugünkü proqnozunu isə Bank WTI üzrə 45 dollar/barel, "Brent" markalı neft üçün isə 49,5 dollar/barelə salıb.