"Goldman Sachs" Avropa Mərkəzi Bankının faiz qərarı ilə bağlı proqnoz verib | Banco.az

"Goldman Sachs" Avropa Mərkəzi Bankının faiz qərarı ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” Avropa Mərkəzi Bankının (ECB) 3,5 faizlik depozit dərəcəsi ilə monetar sərtləşdirməyə son qoyacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, inflyasiyada davamlılıq əlamətlərini dəyərləndirən investisiya bankları faiz dərəcəsinin pik həddi ilə bağlı proqnozlarını bir-bir artırırlar.

ABŞ-ın transmilli investisiya bankçılıq nəhəngi “Goldman Sachs” də Avropa Mərkəzi Bankının (ECB) 3,5 faizlik depozit dərəcəsi ilə monetar sərtləşdirməyə son qoyacağını düşünür.

Yari Şten də daxil olmaqla bankın iqtisadçıları ECB İdarə Heyətinin üzvü İzabel Şnabelin uzaqgörən iddialarına istinad edərək, iyun ayında faiz dərəcələrində 25 bəndlik növbəti artım proqnozlaşdırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ECB-nin depozit dərəcəsi hazırda 2,5 faiz səviyyəsindədir və ECB üzvləri növbəti iclaslarında faiz dərəcələrində 50 baza bəndi artım siqnalı verirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et