"Goldman" FED-lə bağlı proqnozunu yeniləyib | Banco.az

"Goldman" FED-lə bağlı proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” Federal Açıq Bazar Komitəsinin 22 mart tarixində keçiriləcək iclasında faiz artımına gedəcəyilə bağlı əvvəlki proqnozunu dəyişib.

Banco.az xəbər verir ki, Silikon Vadisi Bankının iflasından sonra ABŞ-ın bank sektorunda yaranan gərginliyə işarə edən qurumun analitikləri FED-in 22 mart iclasında faiz dərəcəsini artırmayacağını proqnozlaşdırıblar.

May, iyun və iyul aylarının hər biri üzrə qeyd edilmiş 25 baza bəndi artım proqnozunu sabit saxlayan “Goldman Sachs” mart ayından sonra FED-in faiz siyasəti ilə bağlı ciddi qeyri-müəyyənliyin olduğunu vurğulayıb.

Qeyd edək ki, qurumun FED-in faiz dəhlizini çatdıracağı yuxarı hədd proqnozu isə 5,25-5,50 olaraq müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et