"Goldman" Dollar/TL proqnozunu yüksəldib | Banco.az

"Goldman" Dollar/TL proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” türk lirəsinin dollara qarşı məzənnəsi ilə bağlı proqnozunu yeniləyib.

Banco.az xəbər verir ki, “Goldman Sachs” analitikləri 3 iyunda dərc olunan hesabatda üç, altı və on iki aylıq dövrlər üzrə Dollar/TL proqnozlarını məzənnəyə olan təzyiqlərə istinad edərək yuxarı istiqamətli nəzərdən keçirib.

Belə ki, analitiklər üç aylıq Dollar/TL proqnozunu 19-dan 23-ə, altı aylıq proqnozunu 21-dən 25-ə, on iki aylıq proqnozunu isə 22-dən 28-ə çatdırıblar.

Həmçinin qeyd ediblər ki, Türkiyənin mövsümi turizm gəlirləri səlahiyyətlilərə kəskin valyuta korreksiyasını təxirə salmaq imkanı verə bilər, lakin yerli seçkilər yaxınlaşdığı üçün hələ də daha erkən düzəliş ehtimalı mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et