Dünyanın məşhur elektron poçt xidməti olan Gmaildə bir sıra ağıllı funksiya və fərdiləşdirmə parametrləri tətbiq olunacaq.
Yeniliklər nəticəsində istifadəçilər öz dataları üzərində daha çox nəzarət imkanına sahib olacaqlar.
Yeniliklər arasında gələn mesajlar qutusuna nəzarət, ağıllı yazma, avtomatik cavablama və s. var. Ağıllı funksiyaları aktivləşdirmək və ya söndürmək isə istifadəçinin öz istəyinə bağlı olacaq.
Qeyd edək ki, istifadəçiyə öz datalarına nəzarət imkanı verən Gmail bu yolla təhlükəsizlik təminatını artırdığını düşünür.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!