Ginnesin Rekordlar Kitabının maraqlı hekayəsi | Banco.az

Ginnesin Rekordlar Kitabının maraqlı hekayəsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hər il dərc olunan və həm insanların, həm də qeyri-adi hadisələrin cəmləşdiyi dünya rekordlarına istinad edən Ginnesin Rekordlar Kitabının hekayəsi kifayət qədər maraqlıdır.

Banco.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabının hekayəsi 1955-ci ildə Ginnes Pivə Zavodunun baş direktoru Hyu Biverin dostları ilə ov məclisində Avropanın ən sürətli qaçan qazının hansı ölkənin olması barədə müzakirəsi zamanı başlayıb.

Məclisdəki müzakirələrdən sonra Biver və dostları Avropada ən sürətli qaz cinsinin hansı ölkədə olduğuna dair suallara cavab tapa biləcəkləri bir istinad resursu yaratmağa qərar veriblər. Bir sözlə, kitab cavabsız suallara cavab tapmaq üçün yaradılıb.

Guinnesin Rekordlar Kitabında o dövrdə "Avropanın ən sürətli qazı hansıdır?" kimi suallara cavablar var idi. Ancaq vaxt keçdikcə kitab “ən böyük, ən kiçik, ən uzun, ən sürətli” və bu kimi oxşar suallara cavab tapılan qlobal istinad mənbəyinə çevrilib. Bu gün Ginnesin Rekordlar Kitabı dünyada ən çox satılan kitablar sırasındadır və onu milyonlarla insan oxuyur. Hər il mütəmadi olaraq yenilənən kitabda dünyada qırılan ən maraqlı rekordlar yer alır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram