“Gilan”ın nizamnamə kapitalı çox böyük məbləğdə artırıldı | Banco.az

“Gilan”ın nizamnamə kapitalı çox böyük məbləğdə artırıldı

İyun ayının əvvəlində “Gilan”-ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılmışdır.

İyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395 milyon 850 min 678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi. Beləliklə, şirkətin nizamnamə kapitalı 373 milyon 668 min 276 manat artırılıb. 

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilmişdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et