“General Motors” birinci rübdə xalis mənfəətini 24% artırıb | Banco.az

“General Motors” birinci rübdə xalis mənfəətini 24% artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

“General Motors” birinci rübün gözləntiləri üstələyən maliyyə nəticələrini açıqlayıb. Amerikanın avtomobil istehsalçısı 2024-cü ilin birinci rübündə xalis mənfəətini 24%, gəlirini isə 7,6% artırıb.

Banco.az xəbər verir ki, yanvar-mart aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 2,4 milyard dollara qarşı 2,98 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 1,69 dollardan 2,56 dollara yüksəlib.

İlk rübün gözləniləndən daha yaxşı nəticələri sayəsində şirkət tam illik mənfəət proqnozunu 12-14  milyard dollardan 12,5- 14,5 milyard dollara qaldırıb.

Qeyd edək ki, “General Motors”un rüblük nəticələri dərc edildikdən sonra onun səhmləri Nyu-York ticarətində 5% bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et