Gənc sahibkarlara ötən il 2,7 mln. manatlıq güzəştli kreditlər ayrılıb | Banco.az

Gənc sahibkarlara ötən il 2,7 mln. manatlıq güzəştli kreditlər ayrılıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci il ərzində 63 gənc sahibkarlıq subyektinə 2,7 mln. manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

Fonddan verilən məlumata görə, maliyyələşdirilmiş layihələr hesabına 97 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən il ərzində ümumi dəyəri 287,7 mln. manat olan 1 902 layihəyə 130,6 mln. manat güzəştli kredit verilib ki, bunun sayəsində 3 213 yeni iş yerinin yaradılması planlaşdırılır.

Verilən kreditlərin 46%-i və ya 60,4 mln. manatı kiçik və orta kreditlərin payına düşüb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram