Gəlirinizi artırmağın 10 möhtəşəm yolu | Banco.az

Gəlirinizi artırmağın 10 möhtəşəm yolu

Maliyyə vəsaitinizi artırmaq etməli olduğunuz ən birinci tədbirlərdən olmalıdır. Çünki yetərli maliyyə, həyatınızın demək olar ki bütün aspektlərinə kömək edir və hər şeyi nizama salır.

Məqaləmizdə maliyyə vəsaitinizi artırmaq üçün müntəzəm olaraq əməl edə biləcəyiniz bir neçə tövsiyyə göstərilmişdir.

1. İkinci (əlavə) bir işə başlayın – Bu sizə həm daha çox pul qazanmağa kömək edəcək, həm də darıxdırıcı gündəlik işinizdən sizi azad edəcək.

2. Maliyyə xəbərlərinə qulaq asın – bu məqsədlə sizə faydalı ola biləcək bir kanalı tövsiyyə edirik https://www.stitcher.com/podcast/the-rich-dad-radio-show

3. “Rich Dad Poor Dad” kitabını oxuyun – bu kitab sizə maliyyə xərclərinizdən azad olmağa və ya varlanmağa dair dəyərli məlumatlar verəcək.

4. Daha çox şəxsi maliyyə bloqları oxuyun – bununla siz başqa insanların təcrübələrindən faydalana bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

5. Ən münasib həyat sığortası etdirin – bu sizə gözlənilməz hadisələr baş verdikdə yarana biləcək maliyyə xərclərindən azad olmağa kömək edər.

6. Yeni pul qazanma imkanları araşdırın – bununla siz öz şansınızı artırmış olacaqsınız.

7. Büdcənizi dəqiq müəyyənləşdirin – bu sizə daha qənaətcil olmağa kömək edəcək.

8. Lazımsız xərcləri azaldın – əgər büdcənizə uyğun deyilsə, evdən kənarda yemək, əyləncələrə getmək kimi vərdişlərinizə məhdudiyyət qoyun.

9. Maliyyə hədəflərinizi müəyyənləşdirin – məsələn, növbəti 6 ay ərzində aylıq gəlirinizi nə qədər artırmaq istəyirsiniz.

10. Xərclərinizə nəzarət edin – həyatınızın hər bir aspektində etdiyiniz xərcləri tarazlaşdırın.

Tamara Mustafayeva, banco.az