Gəlirdən çıxılmayan xərclər necə tənzimlənir? | Banco.az

Gəlirdən çıxılmayan xərclər necə tənzimlənir?

Vergi Məcəlləsinin 108-ci maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına icazə verir. Lakin bəzi xərclər bu qaydaya əsasən gəlirdən çıxıla bilməz. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Gəlirdən çıxılmayan xərclərdən danışdıqda, ilk növbədə əsas vəsaitlərin alınması və qurulmasına sərf edilən xərcləri qeyd etmək lazımdır. Bu xərclər kapitallaşdırılır və 114-cü maddədə göstərilən normalara əsasən amortizasiya edilir.

Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xərclərinin gəlirdən çıxılmasına yol verilmir. İstisna olaraq müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə sərf edilən xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək üzrə xərclər gəlirdən çıxıla bilər.

Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyiciləri əyləncə və yemək xərclərini gəlirdən çıxa bilərlər.

Ezamiyyə xərcləri yalnız müvafiq icra orqanının müəyyənləşdirdiyi normalar çərçivəsində gəlirdən çıxıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, kassa çeki və ya mədaxil qəbz xərcləri təsdiq edən sənəd sayılmır. Bu o deməkdir ki, xərc hətta gəlirdən çıxılmayan xərclərə aid edilmədikdə, onun qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədləri olmadıqda o, gəlirdən çıxıla bilməz.

 

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et