Gələn ilin dövlət büdcəsi daha da artırıldı - SƏBƏB | Banco.az

Gələn ilin dövlət büdcəsi daha da artırıldı - SƏBƏB

Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 mln. manat artırılaraq 23 mlrd. 168 mln. manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 mln. manat artırılaraq 25 mlrd. 190 mln. manata çatdırılması nəzərdə tutulub.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayarkən məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq.

“2019-ci il üçün büdcə kəsrinin isə 159 mln. manat artırılaraq 2 mrd. 22 mln. manata çatdırılması hədəflənib. Amma kəsrin ümumi daxili məhsula nisbəti dəyişməyəcək və 2,5% təşkil edəcək”, - deyə nazir qeyd edib. 

© Report

Ən sərfəli krediti almaq üçün müraciət et