Gələn ildən “Azərpoçt” MMC mikro kreditlərin verilməsi üçün lazım olan bütün sənədlərin və hüquqi bazanın hazırlanmasında yaxından iştirak edəcək.
Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
Nazir deyib ki, pilot layihə çərçivəsində “Azərpoçt” MMC-nin bir neçə şöbəsində mikrokreditlərin verilməsinə başlanılacaq. Bu layihə səmərəli olarsa, davam etdiriləcək və tədricən əmanətlər də qəbul olunacaq.
Atvxeber.az