Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi | Banco.az

Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi

Milli Məclis gələn ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun-üçüncü oxunuşda təsdiqləyib.

“2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et