Gələn il neft 100 dollaradək bahalaşa bilər | Banco.az

Gələn il neft 100 dollaradək bahalaşa bilər

Gələn ilin I rübündə neftin bir barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.

Rusiya mətbuatının məlumatına görə, bu barədə Danimarkanın "Saxo Bank" investisiya bankının investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib.

Onun fikrincə, neftin bahalaşması hələ də davam edəcək: "Neftin bir barelinin qiymətinin 100 dollardan çox olacağına təəccüblənmərəm. 2022-ci ilin I rübündə biz dəqiq bunun şahidi olacağıq".

Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 2,53% azalaraq 1 barelə görə 80,14 dollar təşkil edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,01% azalaraq 76,03 dollardır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et