"Gələn il Azərbaycanda mobil təmassız ödənişlərin həcmi 3 dəfə artacaq" | Banco.az

"Gələn il Azərbaycanda mobil təmassız ödənişlərin həcmi 3 dəfə artacaq"

Azərbaycanda 2023-cü ilin sonuna mobil təmassız ödənişlərin həcmi 10 %-dən 30 %-ə artacağı gözlənir.

Bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal deyib.

A.Gürdal hesab edir ki, Azərbaycanın potensialı bu həcmi artırmağa imkan verir:

“Azərbaycan çox böyük potensiala malik ölkədir. Bu gün aparılan əməliyyatlar arasında mobil təmassız ödənişlərin payı 10 %-ə çatıb. Biz bu göstəricinin sürətlə artaraq 2023-cü ilin sonuna doğru 30 %-ə çatacağını gözləyirik.

Təbii ki, "Apple Pay" və "Google Pay" kimi beynəlxalq ödəmə sistemləri ilə yanaşı digər qlobal mobil təmassız ödəmə oyunçuları da bu potensialdan istifadə etmək istəyə bilər. Bunun üçün önümüzdəki dönəmdə Azərbaycanda fəaliyyətə başlaya bilərlər. Azərbaycan hazırda bu prosesə çox sürətlə adaptasiya olunur. Təbii ki, 1 il müddətində göstəricinin 10 %-ə yüksəlməsi bu uyğunlaşmanın sürətini göstərir".

Onun sözlərinə görə, Əslində dünya mobil təmassız ödəmə bazarında da bu iki brend əsas paya malikdir.

Ən sərfəli kredit üçün müraciət et

"Hesab edirəm ki, qarşıdakı illərdə beynəlxalq oyunçuların Azərbaycan bazarına daxil olmaq üçün müraciətləri artacaq və istehlakçılar da daha geniş seçim imkanı əldə edəcəklər”, - “Mastercard”ın regional direktoru bildirib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et