Gələn il Azərbaycanda inflyasiya 2,3% səviyyəsində proqnozlaşdırılır | Banco.az

Gələn il Azərbaycanda inflyasiya 2,3% səviyyəsində proqnozlaşdırılır

2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsi aşağı olacaq.

Bunu İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Ən sərfəli kredit üçün müraciət et

S.Həsənova deyib ki, Azərbaycanda makroiqtisabitlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Nazir müavini qeyd edib ki, gələn il də inflyasiya səviyyəsi 2,3% həcmində proqnozlaşdırılır.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et