Gələn il Avrozona iqtisadiyyatı üçün hansı proqnozlar verilir? | Banco.az

Gələn il Avrozona iqtisadiyyatı üçün hansı proqnozlar verilir?

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ildə Avrozona iqtisadiyyatını baş verən enerji böhranı fonunda ciddi tənəzzül gözləyir.

Banco.az xəbər verir ki, bu barədə iqtisadçıların açıqlamalarına əsasən “Financial Times” məlumat yayıb. Ekspertlər istehsalın getdikcə daha çox azalacağını proqnozlaşdırıb. Bunu isə Avropada müşahidə olunan yüksək inflyasiya və enerji resurslarının çatışmazlığı ilə əlaqələndiriblər. Əmək bazarından gözləntilər də ürəkaçan deyil. Nəticədə bütün bunlar iqtisadiyyatın 0,01% daralmasına gətirib çıxaracaq.

Ekspertlər qiymətlərin 2023-cü ildə orta hesabla 6%-dən çox, 2024-cü ildə isə 2,7% artacağı ilə bağlı həyəcan təbili çalır. Bununla yanaşı işsizlik səviyyəsinin 2023-cü ilin sonuna kimi 7,1%-ə yüksələcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et