Gələn il ABŞ və Aİ iqtisadiyyatını hansı nəticələr gözləyir? | Banco.az

Gələn il ABŞ və Aİ iqtisadiyyatını hansı nəticələr gözləyir?

Müəllif - Aida İsaq, Banco.az

ABŞ iqtisadiyyatı Aİ və Böyük Britaniyadan fərqli olaraq 2023-cü ildə böhrandan yan keçə biləcək.

Banco.az xəbər verir ki, "Morgan Stanley" şirkətinin analitiklərinin proqnozlarına görə, bu, ABŞ-ın əmək bazarının uğurlu inkişafı sayəsində baş tutacaq.

Qeyd olunur ki, gələn il dünyanın aparıcı ölkələri iqtisadi tənəzzülə doğru yaxınlaşacaq. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin milli iqtisadiyyatları da yüksək istehsal tempi nümayiş etdirə bilməyəcək. Bu səbəbdən 2023-cü ildə qlobal bazarda ümumi canlanmaya nail olmaq çətin olacaq.

ABŞ bank analitiklərinin fikrincə, növbəti 12 ay ərzində qlobal iqtisadiyyat cəmi 2,2% artacaq. Eyni zamanda Beynəlxalq Valyuta Fondunun ekspertləri isə əvvəllər bu rəqəmin 2023-cü ildə 2,7% artacağını güman edirdilər. Eyni zamanda, BVF əvvəllər qlobal ÜDM-in artımını 2,9% səviyyəsində qiymətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Noyabrın 8-də Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyevanın sözlərinə görə, 2023-cü ildə Aİ-yə üzv ölkələrin təxminən yarısı tənəzzüldən qaça bilməyəcək. Buna bir sıra Avropa ölkələrində enerji böhranının güclənməsi və iqtisadi istehsalın azalması səbəb olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et