Gələn ay "Parabank"ın rəhbərliyi yenidən formalaşdırılacaq | Banco.az

Gələn ay "Parabank"ın rəhbərliyi yenidən formalaşdırılacaq

Bu ilin martın 7-də “Parabank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncağın gündəliyinə bankların birləşməsi, nizamnaməyə dəyişiklik edilməsi, “Parabank” ASC-nin Müşahidə Şurası, İdarə Heyətinin və Audit Komitəsinin yeni tərkibi məsələsi daxildir.
 
Xatırladaq ki, "APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib ki, "NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı niyyət protokolu imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et