Gələcəyin su üzərində tikiləcək şəhəri necə görünəcək? | Banco.az

Gələcəyin su üzərində tikiləcək şəhəri necə görünəcək?

Müəllif - Aida İsaq, Banco.az

Suyun üzərində yaradılan gələcəyin nəhəng şəhərinin görüntüləri təqdim olunub.

Banco.az xəbər verir ki, müvafiq görüntüləri Argentinanın “Focaccia Prieto” memarlıq studiyası paylaşıb. Beləliklə, insanlar zəruri olan hərşeyi özündə cəmləşdirən üzən "üzüklər"in üzərində yaşayacaqlar. Hər “üzük”  4 minə qədər sakinin yerləşə biləcəyi imkanlara sahib olacaq. Onların üzərində yaşayış, istehsalat binaları, istirahət və əyləncə zonaları salınacaq. “Polymerpolis” adlı şəhərin tikintisi üçün Sakit okeanda yerləşən zibil yamasının plastik tullantılarından istifadə edilməsi nəzərdə tutulur. Yaradılacaq şəhər modelinin xüsusi su filtrasiya sisteminə sahib olaraq okeanı və onun ekosistemini xilas etməyə kömək edəcəyi bildirilir. Şəhərin hansı tarixdə hazır olacağı ilə bağlı dəqiq məlumat verilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et