Gələcəyin avtomobil modelləri TƏQDİM EDİLDİ | Banco.az

Gələcəyin avtomobil modelləri TƏQDİM EDİLDİ

Tamara Mustafayeva, Banco.az

Pandemiya səbəbindən çətin dövrdən keçən qlobal avtomobil sektoru uzun müddətdən sonra ilk dəfə Münhen Avtomobil Sərgisində (IAA Mobility 2021) bir araya gəlib. Tarixi Frankfurt Avtomobil Sərgisini əvəzləyən Münhendəki bu sərgi-şou bir çox yeniliyə ev sahibliyi edib. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, sentyabrın 7-si başlayan və 12 sentyabradək davam edəcək Münhen Avtomobil Sərgisi pandemiya elan ediləndən bəri keçirilən ilk avtomobil şousudur. Markaların elektrik modelləri və mobillik həllərinin gündəmdə olduğu sərgidə nümayiş olunan bir çox elektrik avtomobillərinin yola çıxmağa hazır vəziyyətdə olması da digər mühüm məqamlardan biri olub.

İndi isə gəlin sözügedən sərgidə ön plana çıxan gələcəyin avtomobil modellərindən bəziləri ilə tanış olaq:

1. Audi

Alman avtomobil istehsalçısı "Audi" sərgidə "Sphere" adlı iki konsepsiyalı avtomobil təqdim edib.

2. BMW

Mərkəzi ofisi sərgiyə ev sahibliyi edən Münhendə yerləşən BMW dayanıqlı gələcək vizyonunu "i Vision Circular" ilə tanıdıb.

Şirkətin nümayiş etdirdiyi yeni modelləri arasında hidrogen enerjisi ilə işləyən "iX5" modeli də yer alıb.

3. Cupra

Ən sərfəli kredit üçün müraciət et

İspan avtomobil markası "UrbanRebel" konsepsiyası ilə sərgidə öz yerini alıb.

4. DACIA

Ruminiyalı şirkət daha əvvəl elan etdiyi 7 nəfərlik "Jogger" modelini təqdim edib.

5. KIA

Koreyalı avtomobil istehsalçısı "Kia Sportage" modelinin Avropa üçün hazırlanmış versiyasını nümayiş etdirib.

6. MERCEDES-BENZ

Sərgidə bir çox yeni modelini təqdim edən şirkətlərdən biri olan alman avtomobil istehsalçısı "Mercedes" 5 yeni elektromobili iştirakçıların diqqətinə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et