Gedişhaqqı qalxsa da yeraltı yollardan istifadə edən sərnişinlər artıb | Banco.az

Gedişhaqqı qalxsa da yeraltı yollardan istifadə edən sərnişinlər artıb

“Bakı Metropoliteni” QSC 2018-ci il ərzində sərnişindaşınma planını 101,9 % yerinə yetirib. 

Ötən il 220 milyon sərnişindaşıma planına qarşı 224,3 milyon, bundan başqa 6,7 milyon güzəştli şərtlərlə metro nəqliyyatından istifadə edən sərnişinlər daşınmışdır.

Ümumilikdə 231 milyon sərnişin yeraltı yollardan istifadə etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyon çoxdur.

 

İSTİFADƏ EDƏNLƏRİN ARTIM TEMPİ AZALIB

Müqayisə üçün qeyd edək ki, "Bakı Metropoliteni” QSC 2017-cı il ərzində sərnişindaşınma planınə 104,4 % yerinə yetirmişdi. 212 milyon sərnişindaşıma planına qarşı 221,6 milyon, bundan başqa 7,2 milyon güzəştli şərtlərlə metro nəqliyyatından istifadə edən sərnişinlər daşınmışdı. Ümumilikdə 228,8 milyon sərnişin yeraltı yollardan istifadə etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,3 milyon nəfər çox idi.

 

SƏRNİŞİNDAŞIMADAN GƏLİRİ ARTIB

Ən sərfəli kredit üçün müraciət et

Ötən il “Bakı Metropoliteni” sərnişindaşımadan 54 milyon 186 min manat gəlir əldə edib. 2017-ci illə müqayisədə 2018-ci ildə sərnişindaşımadan gəlirlər 9 milyon 864 min manat və ya 22,2% artıb. 2017-ci ildə sərnişindaşımadan gəlirlər 44 milyon 322 min manat təşkil etmişdi. Xatırladaq ki, Tarif Şurasının qərarına əsasən 2018-ci ilin Avqust ayının 1-dən etibarlı olmaqla metro sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 20 qəpikdən 30 qəpiyə qaldırılmışdır.

2007-ci il yanvarın 1-dən etibarən gediş haqqı yalnız elektron kartlardan istifadə etməklə həyata keçirilir. İctimai nəqliyyatda vahid Bakıkart sisteminə keçidlə əlaqədar olaraq 08.08.2015-ci ildən metropolitenin bütün stansiyalarında gediş haqqının ödənilməsi üçün “BakıKart” satış və yükləmə aparatları quraşdırılmışdır. Bu səbəbdən də bütün stansiyalarda kommersiya işi, o cümlədən bütün növ kassa əməliyyatları dayandırılmışdır.

Tarif şurasının qərarına əsasən 01.08.2018-ci il tarixindən sərnişindaşıma xidməti bir gediş üçün 30 qəpik təsdiq edilib. Əvvəlki tarif 20 qəpik idi. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et