Müəllif - Aida İsaq, Banco.az
G7 ölkələri Ukraynada münaqişə bitənə qədər Rusiyaya məxsus aktivlərdən istifadəni məhdudlaşdırmağa davam edəcək.
Banco.az xəbər verir ki, bu barədə Yaponiyada keçirilən görüşdən sonra G7 ölkələrinin XİN rəhbərlərinin birgə bəyanatında deyilir. Məlumata görə, G7 ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək, mövcud sanksiyalara əməl olunmasına nəzarəti davam etdirmək və üçüncü ölkələrin müvafiq məhdudiyyətləri pozmaq cəhdlərinin qarşısını almaq niyyətindədir.
Qeyd olunur ki, münaqişənin istənilən formada həlli Rusiyanın dəymiş ziyanı kompensasiya edəcəyinə zəmanət verməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!