G7 ölkələri makroiqtisadi və maliyyə sabitliyini qorumağa çağırıb | Banco.az

G7 ölkələri makroiqtisadi və maliyyə sabitliyini qorumağa çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

G7-nin maliyyə nazirləri makroiqtisadi və maliyyə sabitliyini qorumaq və təchizat zəncirinin müxtəlifliyini artırmaq öhdəliyi götürüblər.

Banco.az xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ABŞ-ın paytaxtı Vaşinqtonda keçirdikləri görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

İclasda qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələrin müzakirə olunduğu bildirilən açıqlamada makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması əzminin bir daha vurğulandığı qeyd edilib.

Qlobal iqtisadi artımın gözlənildiyindən daha dayanıqlı olduğuna diqqət çəkilərək inflyasiyanın yüksək olaraq qaldığı və mərkəzi bankların qiymət sabitliyini qorumağa qətiyyətlə bağlı olduqları bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Borc zəifliklərini aradan qaldırmaq, qlobal səhiyyə arxitekturasını gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün çalışacaqlarını bəyan edən rəsmilər G20 üzvləri və beynəlxalq tərəfdaşlarla çoxtərəfli inkişaf banklarının islahatları üzərində işləyəcəklərini dilə gətiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et