G7 liderlərinin onlayn görüşü keçiriləcək | Banco.az

G7 liderlərinin onlayn görüşü keçiriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edən G7 ölkələri bugün Almaniyanın ev sahibliyində onlayn iclas keçirəcəklər.

Banco.az xəbər verir ki, görüş Kanadanın Baş naziri Castin Trüdonun rəsmi iş qrafikində qeyd olunub.

Sözügedən iclasda bütün ölkə liderlərinin iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat olmasa da, görüşün əsas gündəminin böyük ehtimal ki, Ukraynaya Rusiya ilə müharibəsində yardım göstərilməsi olacaq.

Qeyd edək ki, Kanada bu yaxınlarda Rusiyaya qarşı yeni sanksiyalar elan edən son ölkələrdən biri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et