Bu məqaləmizdə futbol tarixində iz qoymuş bir şəxs haqqında danışacağıq. Bayern Münhenin mərkəz müdafiəçisi olmuş, Avropada iki dəfə ilin futbolçusu seçilmiş Bekenbauer haqqında yazmaq istərdim. O dünya çempionatını həm futbolçu, həm də baş məşqçi olaraq qazana bilən şəxslərdən biridir. Eyni zamanda dünya kubokunu kapitan olaraq qaldırmış bir futbolçudur. Bütün bu uğurları ona XX əsrin komandasında, FİFA dünya çempionatının Dream Teamində yer almasına köməklik etdi. Yəni Ronaldo və Messidən əvvəl, futbol tarixində ad salmış Bekenbauer var idi.
Almanlar ona “Der Kaiser” deyirdi, mənası imperator anlamına gəlir. Meydançada göstərdiyi yüksək qabiliyyəti ilə onun adı çəkilən kimi futbolda süprücü funksiyasını yerinə yetirən libero pozisiyası yada düşür.
Franz Bekenbauer 1945-ci il sentyabrın 11-də Almaniyanın Münhenində yerləşən Giesingin post-müharibə xarabalıqlarında yaşayan ailədə dünyaya göz açıb. Poçt işçisi olan atası futbolun oğluna verəcəyi gələcəkdən şübhəli idi. Buna rəğmən Bekenbauer idmanla məşğul olmağa davam edirdi . Hətta 1959-cu ildə Nürnbergdə 14 yaş altı liqasında SC Münhen 06 klubun heyətində turnirə qatılır. Oynadığı klubun maliyyə vəziyyəti yaxşı olmadığından, klubun əvəzedici heyətini ləğv edəcəyi haqqında xəbərlər mövcud idi. Bekenbuer də buna görə azerkeşlik etdiyi TSV 1860 Münhen klubuna keçməyi planlaşdırır. Lakin bəxt elə gətirir ki, turnirin sonunda TSV 1860 Münhen klubu ilə Bekenbauerin oynadığı SC Münhen 06 klubu qarşı-qarşıya gəlir. Həmin oyun o qədər gərgin olur ki, Bekenbauer 1860 Münheninin oyunçusu ilə dalaşır. Bundan sonra Bekenbauer qərarını dəyişdirib Bayern Münhen klubuna transfer olur.
1960-cı ildə Bayern Münhenin əvəzedici komandasına oynamağa başlayan Bekenbauerin həyatında bundan sonra bəzi dəyişiklər baş verir. 1963-cü ildə hamilə qoyduğu sevgilisi ilə evlənməyəcəyi haqqında mediada xəbərlər yayılmağa başlayır. Buna görə də, Alman futbol federasiyası Qərbi Almaniyanın gənc komandasında oynamağı ona qadağan edir. Lakin komandaya yeni gəlmiş məşqçi Dettmar Cramer federasiyanın bu qərarına müdaxilə edərək, onu komandaya dəvət edir. 1964-cü ildə Bekenbauer Bayern Münhenin əsas komandasında Stuttgarter Kickerə qarşı debüt edir. Onun gəlməsi ilə klub bir çox uğurlar qazanır, hətta 1974-76-cı illərdə kapitan olaraq Avropa kubokunda meydana çıxan Bekenbauer oyunda 3 qol ataraq, het-trik edir.
Bekenbauerin “Der Kaiser” adını alması ilə bağlı belə bir fərziyyə var: Bir fotoda Avstriya imperatoru I Franz Josephlə birgə dayandığına görə azərkeşlər və medianının ona“Der Kaiser” ləqəbini verməsi haqqında xəbərlər yayılır. Lakin bu iddia bir alman qəzeti tərəfindən təkzib olunur.
Bekenbauer nəinki klublarda hətta milli komandada da möhtəşəm oyun göstərmişdir. O 1964-1983-cü illərdə Qərbi Almaniyanın milli komandasına çıxış edir. 1966-cı ildə Bekenabuer turnirdə mükəmməl oyun göstərərək öz milli komandasını İngiltərə ilə finala çıxarır. Düzdü onlar finalda qalib gələ bilməsələr də, Almaniyada qəhrəman kimi qarşılanırlar
1986-cı ildə Bekenbauer Dünya Çempionatına Qərbi Almaniyanın baş məşqçisi postunda gedir. Lakin onlar finalda Digeo Maradonanın Argentinasına uduzurlar. 1990-cı ildə Bekenbauer bu məğlubiyyətin əvəzini çıxır. Həmin ilin dünya çempionatının final oyununda Almaniya Argentina üzərində qalib gələrək qızıl medala yiyələnir.
Karyerasında iki Ballon d’Or mükafatını qazanmış olan Bekebauer çıxdığı 572 oyunda 83 qol atıb.
Müəllif: Xəzər Aslanov