Füsunkar Nisəqala kanyonu və Zeynələzir şəlaləsinə tur təşkil olunacaq! | Banco.az

Füsunkar Nisəqala kanyonu və Zeynələzir şəlaləsinə tur təşkil olunacaq!

Bu dəfə yolumuz son həftələrin yeni marşrutu Cənub regionunda , Talış dağlarının Peştəsər silsiləsində yerləşən  füsunkar  Nisəqala kanyonu və Zeynələzir şəlaləsidir. 

Şəlalə Yardımlı rayonunun Zeynələzir kəndində yerləşir,mənbəyi Təkdam şəlaləsi sayılır. Kanyonu isə gözlə gorüb yaşamaq lazımdır. Geri dönüşdə kənd evində cənub mətbəxinin dadlı təamlarından yeyib,çay içib təəssüratlarımızı bölüşəcəyik.

Marşrut növü:

Bir günlük (hiking)

Çətinlik dərəcəsi:Orta Uzunluğu: 10 km (gediş-gəliş)

Müddəti: 5 saat

Gediləcək yerlər: Nisəqala kanyonu (Peştəsər silsiləsi) Zeynələzir şəlaləsi

Turun proqramı

06:00-06:15 Gənclikdə toplanış (yarmarka tərəf çıxış).

06:15-10:15 Bakı-Yardımlı (Nisəqala kəndi)

10:15-10:45 Nisəqala kəndindən kanyona yürüş

10:45-13:00  Kanyon keyfi

13:00-14:00  Kəndə geri qayıdış

14:00-15:30  Kənd evində nahar və çay fasiləsi

15:30-16:15  Şəlaləyə dağ maşını ilə yol düşmə

16:15-16:30  Şəlaləyə çatma

17:20 Zeynələzir şəlaləsindən geri dönüş

17:30-21:00 Bakıya geri dönüş

Turun 1 nəfər üçün qiyməti 45 AZN

Qiymətə daxildir:

1. Komfortlu nəqliyyat (Bakı-Yardımlı -Bakı)

2. Bələdçi

3. Nahar

4. Samovar çayı.

Qeyd.1. Mövcud havanın vəziyyəti və qrup iştirakçılarının sürətinə görə proqramın vaxtında dəyişiklik ola bilər.

İştirakçıda olmalıdır :

- Bel çantası (20-35 l həcmində)

- Yürüş üçün rahat geyim (havaya uyğun və eynək, papaq) ayaqqabı (sukeçirməz)

- Bir dəst əlavə geyim götürülməsi məqsədə uyğundur.

Qeyd: Mövcud vəziyyətə uyğun olaraq, turun proqramında  yerində dəyişiklik ola bilər.

Qeydiyyat üçün son tarix: 10 dekabr 2021, saat 18:00 İştirakçı sayı limitli olduğu üçün ilkin müraciət edənlər və ödənişi edənlər qeydə alınacaq.

Tura 1 gün qalmış imtina edildikdə ödəniş qaytarılmır.

Tura  2 gün qalmış imtina edildikdə 50% ödəniş qaytarılır.

Qeydiyyat və ödənişlə bağlı (qəbz) (wp aktivdir): 055 602 08 18

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram