Bu gün İngiltərə iqtisadiyyatı üçün önəmli olmaqla yanaşı, Breksit prosesinin gələcəyi fonunda da veriləcək qərarlar da investorların diqqət mərkəzindədir.
AB-də Breksit tarixinin uzadılması müzakirələri və GBP
Beynəlxalq maliyyə bazarlarında bu gün funtun qiyməti investorların diqqət mərkəzində olacaqdır.
Belə ki, həm Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq İngiltərənin xarici ticarət, sənaye və iqtisadi inkişaf dinamikası ilə bağlı önəmli fundamental göstəricilər, həm də AB-nin zirvə toplantısında sazişsiz Breksit fonunda aparıcılacaq müzakirələrin nəticələri GBP/USD məzənnəsində dalğalanmanın daha güclənməsinə təsir edə bilər.
1308$ qızıl qiyməti üçün önəmli sınaq olacaqdır
Dünyada siyasi və iqtisadi risklərin artdığı bir vaxtda əlvan metallar bazarlarında qızılda bahalaşma davam edir və bir unsiya üzrə qiymət 1308$-ın üzərində möhkəmlənərsə, 1320$-a kimi də dəyər qazana bilər.