Funt-sterlinq Dollar qarşısında, Böyük Britaniya ilə Avropa İttifaqının (Aİ) Brexit məsələsində razılaşdığı bardə xəbərlərin ardından beş ayın ən yüksək səviyyəsinə qalxıb.
Sterlinq/dollar məzənnəsi, Böyük Britaniyanın Baş Naziri Boris Consonun və Aİ Komissiyasının Prezidenti Jean-Claude Junckerin razılığa gəldiyini təsdiqləməsinin ardından 1.29 səviyyəsini aşıb.
Şimali İrlandiyanın Demokratik Birlik Partiyasının (DUP) mövqeyinin dəyişmədiyi, müqavilənin hələ də İngiltərə Parlamentindən keçməsi lazım olduğu bildirilib.
Sterlinq/dollar məzənnəsi, 1.2990-nı görməsinin ardından 0.40 faiz artımla 1.2882-dən alıcı tapıb (Bakı vaxtı ilə saat 15:00-a olan məlumat) .
Avro da funt-sterlinq ilə birlikdə yüksələrək texniki müqavimət səviyyəsini aşıb. Avro/dollar məzənnəsi 0.40 faiz artımla 1.1114 səviyyəsindən əməliyyat olunub.
Marja