Fransız şirkət “Abşeron” yatağından qaz hasilatına başlayıb | Banco.az

Fransız şirkət “Abşeron” yatağından qaz hasilatına başlayıb

Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

Bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr "mavi yanacaq" və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.

Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram