Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransanın əmək naziri Dussopt: Bəzi peşələr üçün immiqrasiya mütləqdir.
Banco.az xəbər verir ki, Fransanın əmək naziri Olivier Dussopt mühacirlərin işə götürülməsinin ölkəsində müəyyən peşələrin icrası üçün zəruri olduğunu söyləyib.
Bu barədə Dussopt radio kanallarından birinə müsahibəsində qeyd edib.
O, xaricdən gələn işçilərin nisbətinin, xüsusilə mətbəx köməkçisi və ya təmizlik kimi peşələrdə milli orta göstəricidən çox daha yüksək olduğunu dilə gətirib.
Xidmət sektorunda işləyən mühacirlərinin nisbətinin 25 faiz təşkil etdiyini vurğulayan nazir, “Biz reallıqla üzləşməliyik. Onlar olmadan bu peşələrin icrası mümkün olmazdı. Ölkəmizə mühacirlər gəlməsəydi, bəzi peşə sektorları fəaliyyət göstərməzdi”, deyə fikrini əsaslandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!